Hadisə

Avtoşluq edən əsgər yenidən həbs edildi

Bir müddət əvvəl iş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı. Məlikov Əziz Soltanpaşa oğlu xidmət yerini tərk etdiyinə görə həbs edilmişdi.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Apellyasiya Məhkəməsinin 28.06.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq davam etdirilir.

Bənzər yazılar

Back to top button