Cəmiyyət

Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? – RƏSMİ

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən hit.az-a bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.

Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Bənzər yazılar

Back to top button