Hadisə

Prezidentin Gömrük Komitəsi sədrinin səlahiyyətlərini həvalə etdiyi general kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib və o Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icra edəcək.

Yeniavaz.com xəbər verir ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub.

O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsi sədrinin müavini olub. 2014-cü ilin fevral ayında prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib. 2018-ci ilin iyun ayında tutduğu vəzifədən azad olunub.

Bənzər yazılar

Back to top button