Cəmiyyət

“AzerGold”da 1-ci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində yekun görüş olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 1-ci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qaliblərindən olan Nazim Novruzovla yekun görüşünü keçirib.

Görüşdə 11 aylıq fərdi inkişaf planı əsasında görülmüş işlər təhlil edilib, fəaliyyət planının nəticələri ətraflı müzakirə edilib. Nazim Novruzov proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair məsləhətlərindən faydalandığını, əldə edilən təcrübə və biliklərin şəxsi inkişafında və gələcək fəaliyyətində təsiredici rola malik olacağını qeyd edib.

QSC-nin İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibi ilə bundan sonra da sıx əməkdaşlıq edərək, təcrübəsini bölüşəcəyini və beləliklə, ona öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini diqqətə çatdırıb və gələcək karyera inkişafında uğurlar arzulayıb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bənzər yazılar

Back to top button