İqtisadiyyat

İran, Rusiya və Azərbaycan tranzit və gömrük məsələlərini müzakirə edəcəklər

İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib ki, yaxın gələcəkdə İran, Rusiya və Azərbaycan tranzit və gömrük məsələlərinin yaxşılaşdırılması üçün üçtərəfli görüş keçirəcəklər.

TASNIM agentliyi bildirib ki, səfir Astara şəhərini Şimal-Cənub dəhlizinin mərkəzi nöqtəsi adlandırıb. Musəvinin sözlərinə görə, İranın yol və şəhərsalma naziri və Azərbaycanın nəqliyyat naziri iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin inkişafının qiymətləndirilməsi üçün yaxın vaxtlarda görüşəcəklər.

Uzunluğu 7200 kilometr olan çoxrejimli “Şimal-Cənub” dəhlizinin Hindistan, İran, Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Avropa arasında yüklərin daşınması üçün dəniz, dəmir yolu və avtomobil yolları şəbəkəsini əhatə edəcəyi nəzərdə tutulur.(Turan)

Bənzər yazılar

Back to top button