Siyasət

Arif Hacılıdan Rauf Arifoğluna sərt cavab

“Rauf Arifoğlu hansı layihəyə əl qoyursa uğur qazandığını, bizim partiyamızın yaradıcısı olduğunu, bizim liderlik xüsusiyyətlərimizin olmadığını iddia edib”.

AzToday.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında yazdığı statusda bildirib. Onun sözlərinə görə, əslində siyasi təşkilat quruculuğu üçün ən uğurlu zamanda, 1989-cu ildə “Yeni Müsavat” partiyasını elan etmişdilər.

“Üç il ərzində heç nə edə bilmədilər, Türkiyədə Müsavatı yaşadanlardan da xeyir-dua ala bilmədikdən sonra bizə müraciət etdilər.

AXC-ni hakimiyyətə gətirdik. Müsavatı bərpa etdik. Müsavat qısa müddətdə ölkənin birinci partiyası oldu. O zaman qurduğumuz qəzetlər də azad rəqabət şəraiti aradan qalxana qədər “Yeni Müsavat”-dan çox populyar idi.

“Yeni Müsavat” qəzeti isə qurucusunun dəfələrlə etiraf etdiyi kimi daha çox biznes layihəsidir. Onunla bu sahədə rəqabətə girmək fikrimiz olmayıb.

Siyasi rəqabətdə isə həmişə onun mənə qarşı koalisiya ortaqları ilə birlikdə topladığı səslərinin ümumi sayından daha çox səs toplamışam. Yazır ki, guya mən güclü siyasətçiləri sevmirəm. Mən Elçibəyi, İsa Qəmbəri, 26 il irticaya duruş gətirib əqidəsindən dönməyənləri güclü siyasətçi hesab edirəm. Onlarla birlikdəyəm.

İndiki iqtidar mənsublarını, hər mövsümdə bir hava çalanları güclü siyasətçi saymıram, onlarla birlikdə ola bilmərəm.

Mənimlə 6 aydan çox eyni həbsxana kamerasında qaldığını da tez-tez təkrarlayır. Belə görünür ki, hər halda həyatının parlaq səhifəsinin bu olduğunu yaxşı başa düşür”.

Bənzər yazılar

Back to top button