Dünya

Erdoğan Ukraynaya gedir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan avqustun 18-də Ukrayna prezidenti Vladimir Zelenskinin dəvəti ilə Lvova bir günlük işgüzar səfərə gedəcək.

Erdoğanın mətbuat xidmətinin məlumatına görə, o, Zelenski ilə görüşdə Türkiyə-Ukrayna strateji tərəfdaşlığının aspektlərini müzakirə edəcək.

Səfər zamanı həmçinin Erdoğan, Zelenski və BMT Baş Katibi Antoniu Qutterişin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Tərəflər Ukraynada müharibənin başa çatması və Ukrayna taxılının dünya bazarlarına ixracı mexanizmlərinə dəstək addımlarını müzakirə edəcəklər. (Turan)

Bənzər yazılar

Back to top button