Dünya

ABŞ Lavrova viza vermir

“Birləşmiş Ştatlar BMT-nin Nyu Yorkdakı Baş Qərargahında tədbirlərə səfər edən şəxslərə ABŞ-a giriş vizalarının verilməsinin xüsusi vəzifəsi olduğunu qəbul edir”.

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sentyabrda BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək planları ilə bağlı danışarkən deyib.

“Bizim ev sahibi olaraq Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində iştirak edən şəxslərin səyahətlərinin təşkilinə kömək etmək kimi xüsusi bir vəzifəmiz var”, – Ned Prays bildirib.

Eyni zamanda o, ABŞ-ın Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinə və onun nümayəndə heyətinin üzvlərinə giriş vizası veriləcəyini açıq şəkildə təsdiqləməyib.

Qeyd edək ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bu gün ABŞ Dövlət Departamentinə səfər edəcək, digər məsələlərlə yanaşı, Lavrova və Rusiya nümayəndə heyətinin bütün üzvlərinə BMT Baş Assambleyasında iştirak etmək üçün vizaların verilməsi məsələsini müzakirə edəcək.

Bənzər yazılar

Back to top button