Cəmiyyət

İstehsalçı: “Un bahalaşıb, çörəyin qiymətində dəyişiklik gözlənilir” – VIDEO

Paytaxtda çörək istehsalı ilə məşğul olan sexlərdən birinin direktoru Söhrab Cabbarov “Xəzər Xəbər”ə deyib ki, un ehtiyatları əvvəlki həftələrlə müqayisədə azalıb.

AzToday.az xəbər verir ki, o, bunun səbəbini belə izah edib: un satışı ilə məşğul olan dəyirman və bəzi mağazalar qiymətdə ediləcək dəyişiklik xəbərindən sonra satışı limitə keçiriblər.

Söhrab Cabbarov bildirib ki, unun qıtlığı ilə bağlı çörək istehsalı ilə məşğul olan müəsissə rəhbərləri İqtsiadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat veriblər. Avqustun 18-də adıçəkilən qurumda iclas keçirilib və bununla bağlı qərar qəbul olunub:

“Bugünkü iclasda bizə məlumat verildi ki, 19 avqustdan unun qiyməti 40 manat 70 qəpikdən hesablanmaqla və əlavə xərclər də daxil edilməklə zavoda 41 manat 30-50 qəpiyə gəlib çıxacaq. Və bununla bağlı da çörəyin qiymətində dəyişikliklər gözlənilir”.

Çörək sexləri qiymətə dəyişklik ediləndən sonra bütün mağazalarla yeni müqavilə bağlayacaqlarını bildirirlər.

Bənzər yazılar

Back to top button