GündəmManşetSiyasət

Bu gün Brüsseldə üçtərəfli görüş keçiriləcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

AzToday.az xəbər verir ki, üçtərəfli görüş Belçikanın paytaxtı Brüsseldə baş tutacaq.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev avqustun 27-də Şuşada keçirilən beynəlxalq konfransda bildirib ki, Azərbaycan tərəfi bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid edir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilib.

Bənzər yazılar

Back to top button