ManşetSiyasət

Putin və Əliyev Qarabağa dair üçtərəfli sazişlərin reallaşmasını müzakirə ediblər

Sentyabrın 3-də Vladimir Putinlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin telefon danışığı olub, Kremlin məlumatında deyilir.

“Cənubi Qafqazdakı mövcud vəziyyət ətraflı müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin qurulması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub.

Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi niyyəti təsdiqlənib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi görüş barədə məlumat verib.

Həmçinin ikitərəfli gündəlikdəki, o cümlədən ticarət-iqtisadi, energetika və humanitar sahələrdə bəzi praktiki məsələlərə toxunulub”, – məlumatda bildirilir. (Turan)

Bənzər yazılar

Back to top button