İdman

Çempionlar Liqasında uduzan “Çelsi” baş məşqçisini istefaya göndərdi

“Çelsi” baş məşqçisi Tomas Tuxellə yolları ayırıb.

Bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. Buna səbəb “zadəganlar”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb “Dinamo”suna qarşı kçeirdikləri matçda 0:1 hesablı məğlubiyyət səbəb olub. Yeni baş məşqçinin tezliklə açıqlanacağı və həmin vaxtadək komandanın məşqçilər heyətinə həvalə olunduğu bildirilib.

Tuxel ötən ilin yanvarında “Çelsi” ilə 18 aylıq müqavilə bağlamışdı. O, “Çelsi”yə Çempionlar Liqası, UEFA Super Kuboku və klublarası dünya çempionluğunu qazandırıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button