Siyasət

İqor Korotçenko Ermənistanın təxribatlarının səbəbini açıqladı

Rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan Ordusunun müxtəlif istiqamətlərində yerləşən mövqelərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən intensiv atəşə tutulmasına münasibət bildirib.

Qaynarinfo-nun məlumatına görə, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Ermənistan tərəfinin silahlı təxribatında məqsəd Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaqdır. Baş verənlərdə erməni tərəfinin məqsədi tamamilə aydındır” – deyə, o bildirib.

Korotçenko “Telegram” kanalında da baş verənlərlə bağlı yazıb. Eksert hesab edir ki, Ermənistanın növbəti təxribatı Rusiyanın vacib nəqliyyat dəhlizlərindən birinə çıxışını məhdudlaşdırmaq və Minsk qrupunu “diriltmək” niyyəti daşıyır.

“Cənubi Qafqazda vəziyyətin gərginləşməsində əsas marağı olanlar ABŞ və Avropa İttifaqıdır. Onlar Ermənistanın əli ilə iş görərək, Rusiya üçün böyük əhəmiyyətə malik beynəlxalq multimodal Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması və tam gücü ilə fəaliyyətini əngəlləmək istəyirlər. İrəvanın marağı isə ATƏT-in Minsk qrupunun reanimasiyası və Vaşinqtonla Parisin dəstəyi ilə Qarabağda separatist anklavın statusunun təşviq edilməsidir”, deyə ekspert bildirib.

Bənzər yazılar

Back to top button