GündəmHadisə

Naxçıvan DGX-nin rəisi Səhət Həbibbəyli ilə Maliyyə naziri Rafael Əliyev Bakıya gətirilib

Naxçıvan MR DGX-nın rəisi Səhət Həbibbəyli ilə Naxçıvan MR Maliyyə naziri Rafael Əliyev dünən 3-cü reyslə Bakıya gətirilib.

Ovqat.com-a bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, hər iki şəxs Naxçıvanda gömrüyündə təsbit olunan korrupsiya faktları ilə bağlı DTX-da ifadə vermək üçün Bakıya gətirilib.

Qeyd edək ki, hazırda Naxçıvanın Maliyyə naziri vəzifəsində çalışan Rafael Əliyev 2020-ci ilin avqust ayına qədər Muxtar Respublika gömrüyünün maliyyə şöbəsinə baxırdı. Şahidlərin iddiasına görə, həmin vaxt hər gün kisələrlə pulu Vasif Talıbovun oğlu “xanzadə” Seymurun “Grand” oteldəki ofisinə daşıyan Rafael Əliyev öz himayədarının gözünə girməyi bacarır. Xanzadə onun bu qabiliyyətini yüksək qiymətləndirərək Rafael Əliyevi Naxçıvanın Maliyyə naziri vəzifəsinə gətirməyə söz verir və həqiqətən də sözünə bütöv çıxır. Vasif Talıbovun 19 avqust 2020-ci il tarixli Fərmanı ilə Rafael Əliyev Naxçıvan MR Maliyyə naziri təyin olunur.
Rafael Əliyev Maliyyə naziri təyin olunandan sonra elə eyforiyaya qapılır ki, dost-tanış, yaxın-uzaq tanımır. Hətta onun torpaq üstündə öz bacısını məhkəməyə verdiyi bildirilir.

Digər bir məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə həbs olunanlar var. İşi aparan müstəntiq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsadət qaldırıb və məhkəmə bu vəsadəti qəbul edib. Əsgərov Mənsur 4 ay müddətinə azadlıqdan məhrum olunub.
Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə günahlandırılır. Səhət Həbibbəyli ilə Rafael Əliyevin də bu iş üzrə Bakıya gətirildiyi güman olunur.

Bənzər yazılar

Back to top button