Siyasət

“Biz bir kağıza imza atmaq istəyirik” – Paşinyan

“Biz bir kağıza imza atmaq istəyirik, amma bunun nəticəsində çoxları bizi söyəcək, “satqın” adlandıracaq”.

Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gəlsələr belə, nəticədə daha çox sevinəcəyik və minnətdar olacağıq. Bunun nəticəsində Ermənistan 29 min 800 kvadrat kilometr ərazisi ilə davamlı sülh və təhlükəsizlik əldə edir. Əgər təmin olunarsa, mən bu qərarı imzalayacağam. Başıma nə gələcəyi məni maraqlandırmır. Məni Ermənistan Respublikasının başına nə gələcəyi maraqlandırır”, – deyə o bildirib

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button