GündəmManşetSiyasət

Qərbi Azərbaycan İcması Göyçə-Zəngəzur Respublikasına qarşı: …belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edirik

Qərbi Azərbaycan İcması Göyçə-Zəngəzur Respublikasını tanımadığını bəyan edib.

AzToday.az xəbər verir ki, icmanın yaydığı məlumatda Göyçə-Zəngəzur Respublikasını dırnaqda təqdim edib.

Məlumatı olduğu kimi təqdim edirik:

Son zamanlar “Göyçə-Zəngəzur Respublikası” adlı qurum adından müxtəlif məsuliyyətsiz paylaşımlar edilir. Bununla bağlı Qərbi Azərbaycan İcmasına çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq bildiririk ki, Qərbi Azərbaycan İcması “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımır, onunla heç bir əlaqəsi yoxdur və tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərini yolverilməz və zərərli hesab edir.

Bütün media nümayəndələrindən xahiş edirik ki, Qərbi Azərbaycanla bağlı hər hansı bir informasiyanın dəqiqliyinə əmin olmaq üçün Qərbi Azərbaycan İcmasına müraciət etsinlər.

Bənzər yazılar

Back to top button