İqtisadiyyat

Ağdam şəhərində I Azərbaycan Milli Şəhərsalma Forumu keçiriləcək

Oktyabrın 5-dən 6-dək Ağdam və Bakı şəhərlərində Azərbaycanda şəhərlərin inkişafınıın əsas problemlərinin müzakirəsi və beynəlxalq təcrübəni nümayiş etdirmək üçün 1-ci Azərbaycan Millis Şəhərsalma Forumu (NUFA) keçiriləcək.

Post-konflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, 1-ci Azərbaycan Milli Şəhərsalma Forumunda diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış ərazilərinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldiləcək, deyə tədbirin təşkilatçısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat verir.

Forumun əsas məqsədi davamlı inkişafın və şəhərin bərpasının təşviqində ən yaxşı təcrübələri və öyrənilmiş dərsləri bölüşməkdir. Forum şəhər böhranlarına cavab vermənin Azərbaycan modelini nümayiş etdirmək, eləcə də digər ölkələrdə oxşar problemlərlə üzləşən praktiklər və siyasətçilər ilə təmaslar qurmaq imkanı təklif edir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda davam edən şəhərlərin yenidən qurulması və bərpası səyləri kontekstində hökumət daha inklüziv, sabit, ağıllı və dayanıqlı şəhər inkişafına nail olmaq üçün karbon neytral və ekoloji cəhətdən təmiz bir yanaşma həyata keçirir.

NUFA bu ilin oktyabrında bütün dünyada şəhər problemlərinə yönəlmiş tədbirlər çərçivəsində təşkil olunacaq. Onlardan birincisi oktyabrın 3-də keçiriləcək Ümumdünya İnsan Məskənləri Günüdür. Forumda BMT-nin İnsan Məskənləri Proqramının icraçı direktoru Maimouna Mohd Şarif iştirak edəcək, deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button