Dünya

Pentaqon: Rusiyanın səfərbərliyi Ukraynadakı uğursuzluqları daha da artıra bilər

Pentaqon hesab edir ki, 300 min ehtiyat əsgərin səfərbər olunması Putinin növbəti uğursuzluğu ola bilər.

“Səfərbərlik ilk növbədə ehtiyatda olan hərbçi qulluqçulara şamil edəcək. Bu qüvvələri öyrətmək, hazırlamaq və silahlandırmaq üçün vaxt lazımdır”, – cümə axşamı Pentaqon nümayəndəsi, Hərbi Hava Qüvvələrinin generalı Pet Rayder jurnalistlərə bildirib.

Onunu sözlərinə görə, səfərbərlik kadr problemini həll edə bilər, lakin onun idarəetmə, logistika və ən əsası mənəvi ruh problemləri həll edə biləcəyi bəlli deyil.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Əgər Rusiya Ukraynada 100 000-ə yaxın hərbi qulluqçuya komandanlıq edə, saxlaya və silahlandıra bilmirsə, buna daha 300 000 əsgərin əlavə edilməsi vəziyyəti yaxşılaşdırmayacaq, Rayder deyib.

Pentaqonun qiymətləndirməsi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclası zamanı səslənib. Belə ki, dövlət katibi Entoni Blinken və digər diplomatlar Moskvanı hərbi cinayətlərdə ittiham ediblər və günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz veriblər.(Turan)

Bənzər yazılar

Back to top button