Dünya

İsraildə atışma olub, yaralılar var – tibb işçiləri və polis məlumat verir

Reuters: İsrailin təcili yardım xidməti bildirib ki, həkimlər yaralanan ən azı beş nəfərə tibbi yardım göstərib. Polisin sözlərinə görə, atışma İsrailin cənubundakı yol kəsişməsində olub.

Polisin nümayəndəsi Eli Levi Ordu Radiosuna bildirib ki, atəş açan şübhəli şəxs Məsmiyə yol kəsişməsində avtobus stansiyasında insanlara atəş açıb, onlardan bir neçəsini yaralayıb.

O, şübhəlinin vəziyyətinin təfərrüatına aydınlıq gətirmədən onun “zərərsizləşdirildiyini” və polis rəisinin təhlükəsizlik nöqteyi-nəzərindən hadisənin necə olduğunu müəyyən etmək üçün hadisə yerinə getdiyini bildirib.

Levi vətəndaşları ərazidən uzaq durmağa çağırıb, çünki polis hadisə yerində başqa hücum edənlərin olması təxmini ilə axtarış aparır.

İsrailin təcili yardım xidməti vəziyyəti ağır olan 3 nəfərin və vəziyyəti orta ağır olan bir qadının xəstəxanalara köçürdüyünü bildirib.(Turan)

Bənzər yazılar

Back to top button