Dünya

ABŞ və onun müttəfiqləri Rusiyanı Ukrayna ərazisinin ilhaqına görə yeni sanksiyalarla təhdid edir

Prezident Co Bayden cümə günü Birləşmiş Ştatların Rusiyanın Ukraynanın işğal edilmiş ərazilərində keçirdiyi saxta referendumları “heç vaxt tanımayacağını” bəyan edib.

“ABŞ heç vaxt Ukrayna ərazisini Ukraynanın özündən başqa heç bir dövlətin hissəsi kimi tanımayacaq. Rusiyanın referendumları butaforiya, Ukraynanın ərazilərinin güclə ilhaq edilməsi cəhdi üçün yalan bəhanədir, bu da beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud pozuntusudur”, deyə Baydenin bəyanatında bildirilir, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

Ağ Ev bildirib ki, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır: “Onlar ilhaqı davam etdirsə, biz bu addımlara cavab olaraq müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə əlavə sürətli və ciddi iqtisadi tədbirlər görməyə hazırıq”, deyə Ağ Evin mətbuat katibi Karin Cin-Pyer jurnalistlərə bildirib.

G7 ölkələrinin liderləri də Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində keçirilən referendumları pisləyən bəyanat dərc ediblər.

“Bu hərəkətlər BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozur. Bu referendumlar Ukrayna xalqının iradəsinin qanuni ifadəsi deyil.

Biz heç vaxt bu referendumları tanımayacağıq, bu, ilhaqdır”, deyə G7 ölkələrinin bəyanatında bildirilir.

“Biz Rusiyaya, həmçinin Rusiyanın daxilində və onun hüdudlarından kənarda Ukrayna ərazisinin statusunun dəyişdirilməsi üzrə qanunsuz cəhdlərə siyasi və ya iqtisadi dəstək göstərən fiziki və hüquqi şəxslərə qarşı əlavə iqtisadi sanksiyalar tətbiq etməyə hazırıq”, deyə bəyanatda qeyd edilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button