Dünya

Novosibirskdə qiyam qaldıran 200 qırğız aclıq aksiyasına başladı

Novosibirskdən vətənlərinə uça bilməyən Qırğızıstan vətəndaşları Tolmaçevo hava limanında aclıq aksiyası elan edib. Hazırda 200-ə yaxın adam aeroporta gedəcəyi günü gözləyir.

Qaynarinfo xəbər verir ki, qırrğızlar hələ təxminən iki həftə əvvəl Bişkekə uçmaq istəyiblər. Lakin Qırğızıstan hakimiyyəti xaricdən gələn vətəndaşları karantinə yerləşdirmək üçün yerlərinin kifayət etməməsi üzündən yeni təyyarələri qəbul etməkdən imtina edib.

Sərnişinlərdən biri sosial şəbəkələrdə yayılan videoda “Aclıq aksiyasına başlamalı olduq” deyə bildirib. “Hökumətimiz bizi taleyin ümidinə buraxdı”.

“İnterfaks”ın məlumatına görə, Rusiya Federasiyası ilə Qırğızıstan arasındakı hava hərəkəti tamamilə ləğv edilməyib, Tolmaçevodan Bişkekə həftədə bir uçuş təmin edilir.

Eyni zamanda, “MK Qırğızıstan” xəbər verir ki, respublika hökuməti vətəndaşlarını qəbul etməyə hazır olduğunu bəyan edib. “Biletləri olan hər kəsi aparacağıq”, – Qırğızıstan Baş nazirinin müavini Kubatbek Boronov deyib.

Bənzər yazılar

Back to top button