Hadisə

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

Gəncə Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

AzToday.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə şəhər BPİ-yə rəis təyin edilib.

T. Hacıyev sabah kollektivə təqdim ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər BPİ rəisi Əkbər İsmayılov paytaxt polisinə rəis təyin olunmuşdu.

Bənzər yazılar

Back to top button