İdman

Suares: “Niyə dünya çempionu olmayaq?”

Uruqvay millisinin futbolçusu Luis Suares yığmanın bu il Qətərdə keçiriləcək dünya çempionatında perspektivlərindən danışıb.

Qol.az xəbər verir ki, o, ölkəsinin mətbuatına müsahibəsində turnirin qalibi ola biləcəklərini deyib: “Uruqvay həmişə dünya çempionatında maksimum gücü ilə çıxış etməyə çalışacaq. Mümkün qədər irəliləyə getməyə çalışacağıq. Niyə dünya çempionu olmayaq? Bunun üçün oyunçularımız var”.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button