Hadisə

Rövşən Lənkəranskinin ailəsində ağır itki

Rövşən Lənkəranskinin qaynanası vəfat edib.

Yenisabah.az xəbər verir ki, kriminal avtoritetin qaynanası, eyni zamanda dayısın həyat yoldaşı olub. Rövşən Lənkəranskinin qohumu bu gün Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Saytımıza daxil olan məlumata görə, Rövşən Lənkəranskinin dayısı oğlu Zaur Əhmədov anasının dəfn mərasimində iştirak edə bilməyib. Buna səbəb onun “Lotu Quli”nin adamları tərəfindən təqib edilməsi olub.

Qeyd edək ki, kriminal aləmdə “Dayoğlu Zaur” kimi tanınan Zaur Əhmədovun “Loti Quli”nin ölümünü sifariş verən şəxs olduğu iddia olunurdu. Məlumata görə, o, bu qətlin icrası üçün Xan Bakinskiyə 4 milyon dollar ödəyib.

Bənzər yazılar

Back to top button