İdman

Messi “Barselona”dan ayrılır

Lionel Messi 2021-ci ildə “Barselona”dan ayrılmağı planlaşdırır.

Fanat.Az “Cadena SER” radiosuna istinadən xəbər verir ki, müqavilənin uzadılması ilə bağlı danışıqların müsbət nəticə verməsinə baxmayaraq, “Barsa”nın uğursuz çıxışı və klub daxilində baş verən söz-söhbətlər Messinin qərarına təsir edib. Argentinalı futbolçunun bu barədə yaxınlarını məlumatlandırdığı bildirilir.

Leo klub daxilində baş verən hadisələrin tez-tez mətbuata sızmasından və əlaqəsi olmadığı məsələlərdə belə, günahkar kimi göstərilməsindən bezib. Rəhbərliyin uzunmüddətli perspektivdə müntəzəm olaraq qələbələri sıralayacaq komanda qura bilməməsi də 33 yaşlı hücumçunu məyus edib.

Bənzər yazılar

Back to top button