İdman

“Real”dakı ən yaxşı günüm klubdan ayrıldığım gün idi”

Braziliya millisinin sabiq üzvü Kaka “Real”da oynadığı günləri xatırladıb.

Qol.az xəbər verir ki, o, “Marca”ya açıqlamasında deyib: “Bir az qəribə səslənə bilər, ancaq “Real”dakı ən yaxşı günüm klubdan ayrıldığımın dəqiqləşdiyi gün idi. Florentino Pereslə danışdığım zaman mənə əlimdən gələn hər şeyi etdiyimi və yaxşı peşəkar olduğumu söylədi. Zədələr və bəzi hadisələr mənə təsir etdi. “Real” və Joze Mourinyo haqda isə heç vaxt pis danışa bilmərəm”.

Qeyd edək ki, Kaka 2009-2013-cü illərdə “Real”da oynayıb.

Bənzər yazılar

Back to top button