Dünya

Rusiyada məktəbliləri öldürən şəxsin kimliyi bilindi – Video

Rusiyanın İjevsk şəhərində məktəbə hücum edən şəxsin kimliyi müəyyən edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

“İstintaq Komitəsinin müstəntiqləri İjevskdəki məktəbə hücum edənin şəxsiyyətini müəyyən ediblər. Bu, 1988-ci il təvəllüdlü, İjevskdən olan, bu məktəbin məzunu Artem Kazantsevdir. Onun neofaşist baxışlarına və nasist ideologiyasına bağlılığı sınaqdan keçirilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, bu gün İjevsk şəhərində 88 saylı məktəbdə silahlı basqın nəticəsində son məlumatlara görə, 7-si uşaq olmaqla 13 nəfər ölüb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button