Dünya

Rusiya ölkə vətəndaşlarının Gürcüstana çıxışının qarşısını almağa başlayıb

Sentyabrın 26-da Rusiya-Gürcüstan sərhədindəki Verxniy Lars buraxılış məntəqəsinə zirehli texnika ilə rus hərbiçiləri yerləşdirilib. Onlar 18-27 yaşlı kişiləri ölkədən buraxmayacaqlarını bildiriblər.

Bu arada, son günlər on minlərlə insan məhz bu sərhəd keçid məntəqəsindən Rusiyanı tərk edib. Hazırda Gürcüstanda 250 mindən çox Rusiya vətəndaşı var. Onların bir hissəsi oradan Türkiyəyə və ya Avropa ölkələrinə gedir. Digər hissəsi yerləşib bizneslə məşğul olmağa çalışır.

Çoxları ailələri ilə birlikdə köçürlər. Aviabilet qıtlığı ilə əlaqədar insanlar öz maşınları ilə Rusiya boyu yol qət edirlər. Çoxkilometrlik avtomobil tıxacları olduğuna görə rusların əksəriyyəti maşınlarını qoyur və ya satır və yoluna piyada davam edir.

Rusiya mənbələrinin sentyabrın 25-nə olan məlumatına görə, bir həftə ərzində 261 min nəfər ölkəni tərk edib və bu axın durmaq bilmir. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button