İdman

Afrikada zədələnən Salah “Liverpul”a qayıdır – Açıqlama

Hazırda davam edən Afrika Kubokunda Qana ilə oyunda (2:2) zədələnən Məhəmməd Salah Misir millisinin düşərgəsini tərk edir.

Fanat.az xəbər verir ki, nəzəri olaraq turnirin sonrakı mərhələlərində oynaya bilmək ehtimalı olan ulduz forvardın İngiltərəyə qayıtması qərara alınıb.

Misir Futbol Assosiasiyasının açıqlamasında bu barədə məlumat verilib: “Komanda həkimləri və onların “Liverpul”dan olan həmkarları ilə əlavə müayinələrdən və məsləhətləşmələrdən sonra futbolçunun İngiltərəyə qayıtması qərara alınıb. Ümid edirik ki, növbəti mərhələyə keçərək Afrika Kubokunun yarımfinalına vəsiqə qazanacağıq və o, həlledici oyunlarda bizə kömək edəcək”.

Salahsız Misir millisi Afrika Millətlər Kubokunun qrup mərhələsinin 3-cü turunda Kabo Verde ilə qarşılaşacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button