Siyasət

Makron Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb

Sentyabrın 27-də Fransa prezidenti bir gün əvvəl Parisdə Ermənistanın baş naziri cənab Nikol Paşinyanı qəbul etdikdən sonra Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Bu barədə çərşənbə axşamı prezident Makronun mətbuat xidmətinin məlumatında deyilir.

“Dövlət başçısı azərbaycanlı həmkarına atəşkəs rejiminə qayıtmağa və qoşunları əvvəlki mövqelərində saxlamağa çağırıb. O, həmçinin Ermənistanın ərazi bütövlüyünə hörmət tələbini xatırladıb”, – xəbərdə deyilir.

Makron həmçinin prezident Əliyevə “baş nazir Paşinyanın bütün həll edilməmiş məsələlər üzrə danışıqları davam etdirməyə hazır olduğunu və Fransanın onlara töhfə verməyə hazır olduğunu” bildirib”, – press-relizdə deyilir.

Öz növbəsində Azərbaycan prezidentinin mətbuat xidməti bildirib ki, “Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar”. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button