AnalitikaDünyaManşet

Ukrayna müharibəsi Kremlə çatdı – Rusiyanın gələcək prezidenti kim olacaq?

Bölgə qaynayır: Rusiya, İran, Çin və bu, hələ başlanğıcdır. Ən qorxulusu isə Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyi barədə söhbətlərin artmasıdır. Sanki insanları buna hazırlayırlar. Amma burda da təsəlli verəcək bir məqam var: Rusiya ordusu Baş Qərargahının generalları artıq gələcəyə baxırlar.

Gələcəyə baxanlar isə törətdiklərindən daha ağır cinayətlər törədib əlavə məsuliyyət götürmək istəməzlər. Ən azı məntiq belə deyir. Rusiyalı analitiklərin dediklərinə inansaq, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşevin şərti olaraq FSB komandası adlanan qrupu arasında gedir. Patruşev oğlunu növbəti prezident etmək istəyir.

Aydın görünən budur ki, Rusiya ordusunun təklifi əsasında Putinin qərarı ilə elan olunmuş biabırçı səfərbərlik sırf siyasi aksiyadır və Putinin tam nüfuzdan salınmasına hesablanıb. Təbii ki, Kremlin sahibi də bunu anlayır, amma görünür, müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır.

Bir sıra Rusiya mənbələri bildirir ki, Nikolay Patruşev hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq aparır. Onların arasında Çinin, ABŞ-ın və Türkiyənin olduğu bildirilir. Hər bir halda Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur.
Elə əvvəldən gözlənilən də bu idi.

Ərəstun Oruclu, politoloq

Bənzər yazılar

Back to top button