Siyasət

Ceyhun Bayramovun Rusiya və Türkiyə xarici işlər nazirləri ilə telefon danışığı olub

Bu gün, sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışıqları olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyininin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Azərbaycan və Rusiya xarici işlər nazirləri bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə edib.

“Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, deyə məlumatda qeyd edilir.

Nazir Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığında da bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparılıb. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlərin görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Bənzər yazılar

Back to top button