Hadisə

Kəlbəcər rayonu ərazisində 259 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib”, deyə məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Bənzər yazılar

Back to top button