Cəmiyyət

Millət vəkili Baş nazirə müraciət etdi

Millət vəkili Vüqar Bayramov Baş nazir Əli Əsədova müraciət edib.

Qaynarinfo xəbər verir ki, deputat müraciətində sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına yenidən baxılmasını xahiş edib:

“Baş Nazir cənab Əli Əsədova müraciət etdim. Belə ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları içtimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra etmişdirlər. Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməyib. Maarifləndirmə, içtimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyəti əhəmiyyətini nəzərə alaraq qeyr-hökumət təşkilatlarının (içtimai təşkilatların) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədəuyğun olardı”.

Vüqar Bayramov ümid edir ki, qeyr-hökumət təşkilatları da sərt karantin müddətində fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər.

Bənzər yazılar

Back to top button