Hadisə

Daha bir məmur saxlanıldı

Göyçay rayon İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

APA-nın xəbərinə görə, Rəşad Şükürovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Məlumata görə, o, rayon İcra Hakimiyyətində aparılan qanun pozuntuları ilə bağlı şübhəli şəxs kimi saxlanılıb.

Xatırladaq ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl vəzifəsindən azad olunub. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rayon icra hakimiyyətində yoxlamalar başlayıb. Qanun pozuntuları ilə bağlı dindirilər vəzifəli şəxslərdən sabiq icra başçısının köməkçisi Vahid İsayev barəsində həbs-qətimkan tədbiri seçilib.

Bənzər yazılar

Back to top button