CəmiyyətManşet

Bu deputatların BDU ilə müqavilələrinə xitam verildi – Açıqlama + Siyahı

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.

Yeniavaz.com xəbər verir ki, əmrin surəti sosial şəbəkələrdə paylaşılıb.

Siyahıya əsasən, əmək müqaviləsinə xitam verilən şəxslər arasında sabiq təhsil naziri Misir Mərdanov, ombudsman Səbinə Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu, Dövlət Miqrasiya Xidmətinin idarə rəisi general Rza Talıbov, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları Hicran Hüseynova, Rəfael Hüseynov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov və digər tanınmış şəxslər var.


Məsələ ilə bağlı BDU-dan APA-ya verilən açıqlamada bildirilib ki, bu, uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur:

“Professor-müəllim vəzifəsi seçkili vəzifə olduğu üçün qanunvericiliyə uyğun olaraq kafedralar üzrə müvafiq fənlərin tədris edilməsi üçün yüksək ixtisaslı mütəxəssisləri, yüksək elmi nüfuza malik rəhbər işçiləri işə cəlb etmək zərurəti yarandığı zaman onlar əvəzçilik qaydasında və ya saathesabı qaydada tədris prosesinə cəlb edilir.
Bu müqavilələr də təbii ki, müddətli müqavilə olduğu üçün tədris ilinin sonunda onlara qanunvericiliyə uyğun olaraq xitam verilir və növbəti tədris ilində yenidən zərurət yarandıqda yeni müqavilə bağlanır. Bu qayda da uzun illərdir bütün ali təhsil müəssisələrində davamlı şəkildə tətbiq edilən bir prosedurdur”.

Bənzər yazılar

Back to top button