Digər

Ermənistan pulu bahalaşır (CƏDVƏL)

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda 1 ABŞ dolları 480 dramdan 520 drama qədər bahalaşmışdı. Əsas fluktuasiyalar isə Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa şəhərləri, həmçinin Hadrut qəsəbəsi və Xudafərin körpüsü kimi strateji əhəmiyyətli vahidlərin azad edilməsi zamanı müşahidə olunmuşdu.

Son 1 il ərzində isə, dollar Ermənistan bazarlarında 405 drama qədər ucuzlaşmışdır. Avro, funt kimi valyutaların dollar qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda erməni valyutasının revalivasiyasının əsas dayağı ölkəyə pul köçürmələri olmuşdur. Ölkənin statistika və maliyyə orqanlarının rəsmi açıqladığı datalara çıxış olmadığından, biz sadəcə xəbər saytlarının verdiyi məlumatlarla kifayətlənmiş oluruq (Finport.am, hetq.am, arka.am, civilnet.am).
Belə ki, Ermənistan Banklar İttifaqı və Mərkəzi bankının (Xəbər portallarına istinadən) məlumatına görə, ilin ilk 5 ayında xaricdən Ermənistana transfertlər 1 milyard 272 milyon dollar təşkil edib ki, bunun da 679 milyon dolları Rusiyadan, 257 milyon dolları ABŞ-dan, 336 milyon dolları isə digər ölkələrdəndir. May ayında Rusiyadan Ermənistana şəxsi pul köçürmələri ötən ilin eyni dövrü ilə müqayisədə 3.7 dəfə artaraq 226 milyon ABŞ dollarına çatıb.

Rusiyadan daxil olan pul miqdarının artmasında əsas səbəb isə qərb sanksiyaları fonunda həm erməni iş adamlarının öz vəsaitlərini Ermənistana çəkməsi, həm də rusların Ermənistana ofşor zona kimi yanaşması olmuşdur. Hansı ki, oxşar tendensiya bu il Gürcüstanda da yaşanmaqla 313 milyon dollarlıq rekord transfertlə nəticələnmişdi.

Pünhan Musayev, iqtisadçı

Bənzər yazılar

Back to top button