İqtisadiyyat

İkirəqəmli inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı 60%-i ötür – Baş nazir

Bu il Azərbaycanda ikirəqəmli inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı 60%-i ötüb. Bunu Baş nazir Əli Əsədov bu gün keçirilən plenar iclasda deyib.

Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir:

“Dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycan inflyasiya təzyiqi ilə üz-üzədir. İdxal qiymətlərinin illik artım tempi 22%, ölkəmizdə orta illik inflyasiya isə ikirəqəmli – 13,8% təşkil edib”, – baş nazir bildirib.

Maraqlıdır ki, inflyasiyanın strukturunda ərzağın 60 faiz payı ilə bağlı deyilənlər parlament müxbirləri tərəfindən heç bir şübhəsiz “Azərbaycanda ərzaq məhsullarının qiymətinin 60 faiz artması” kimi şərh edilib. Müstəqil iqtisadçılar və adi istehlakçılar hesab edirlər ki, ərzaq inflyasiyasının səviyyəsi ilə bağlı rəsmi məlumatlar bilərəkdən aşağı göstərilir.

Bənzər yazılar

Back to top button