Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü çıxışında beynəlxalq sülhməramlı qüvvələrin (ATƏT, BMT) Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini tələb edib.
Yeniavaz.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Paşinyanın Qərbdəki bu təklifinə cavab verib. O bildirib ki, Rusiya Ermənistan və Azərbaycan sərhədində “beynəlxalq müşahidəçilər”in yerləşdirilməsinə qarşıdır:
“Orada həm nəzəriyyə və təcrübə var. Baş verənlərin təsdiq edilməsi və gələcək planlar var. Bu sənədlər sadəcə vasitəçi ilə ayrı-ayrı ölkələr arasında deyil, uzun tarixli bu münaqişəni bir hissəsi olan ölkələr arasında razılaşdırılıb. Məhz buna görə onlar çox dəyərlidir və bu səbəbdən, onlar xəyali yox, həqiqi yol xəritəsidir.