İdman

PSJ-nin Messiyə təklif etdiyi müqavilə

PSJ futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib.

Qol.az xəbər verir ki, bu barədə “El Larguero” məlumat yayıb. Fransa klubu 35 yaşlı hücumçuya 1+1 sxemi ilə sözləşmə təklif edib. Eyni zamanda, Messinin maaşı təxminən indiki səviyyədə qalacaq – 30 milyon avro.

Bildirilir ki, Messi PSJ-nin təklifini nəzərdən keçirəcək.

Daha əvvəl bildirilmişdi ki, Messi parislilərlə müqaviləni yeniləmək fikrində deyil. Futbolçu ilə “Barselona” maraqlanır.

Qeyd edək ki, argentinalı forvard 2021-ci ilin yayından PSJ-də oynayır. O, həmin vaxt 2+1 illik müqavilə imzalamışdı.

Bənzər yazılar

Back to top button