İdman

Salah ərəblərlə müqavilə imzaladı – Misirli futbolçu açıqladı

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah gələn mövsüm Səudiyyə Ərəbistanında çıxış edəcək.

Fanat.az xəbər verir ki, bu barədə Misirin məşhur keçmiş futbolçusu Mido məlumat yayıb.

Onun sözlərinə görə, 31 yaşlı futbolçu hətta müqavilə imzalayıb. Mido sosial şəbəkə hesabında bu barədə yazıb: “Məhəmməd Salahın növbəti mövsüm Səudiyyə Liqasında çıxış etməsi üçün müqavilə imzalanıb”.

Salah 2023/2024 mövsümündə “Liverpul”un heyətində 28 oyun keçirib. Hücumçu bu görüşlərdə 19 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button