GündəmHadisə

Hirkan Milli Parkının direktorunu cinayət məsuliyyətindən kənarda saxlamağa çalışan kimlərdir? (VİDEO)

Sentyabrın 25-də ölkənin bir çox nüfuzlu elektron kütləvi informasiya vasitələrində Hirkan Milli Parkının direktoru Aqil Sucayevin və digər bir neçə əməkdaşının hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı xəbəri yayıldı. Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməsə də, hər halda təxmin etmək olar ki, parkda baş verən neqativ hallara effektiv nəzarət edə bilməmələri ilə əlaqədardır. Yəqin ki, indilərdə Aqil Sucayevin dayısı, sabiq deputat Hüseynbala Mirələmov sevimli bacıoğlusunu məsuliyyətdən qurtarmaq üçün hərəkətə keçib.

Xatırladaq ki, “Azerinfo.az” informasiya agentliyi əvvəllər Hirkan Milli Parkında ağacların qanunsuz qırılması və başqa ekoloji cinayətlərlə bağlı sərt tənqidi məqalələr dərc edib, yerli təbiətsevərlərin şikayətlərini paylaşıb. Dəfələrlə məqalələrimizdə ehtiva olunan faktları rəsmi məktublarla aidiyyəti orqanların vəzifəli şəxslərinin diqqətinə çatdırsaq da, Aqil Sucayev və onunla işbirliyində olan təbiət düşmənlərinin barəsində ciddi tədbir görülməyib.

Xatırladaq ki, Hirkan deyilən ərazidə 60-cı illərdən yaradılan qoruq 2004-cü ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Milli Park statusu ilə fəaliyyət göstərir və 40358 ha ərazini əhatə edir. Uzun müddət Qaz İstismar İdarəsində rəis, sonra Mədəniyyət Şöbəsində müdir kimi fəaliyyət göstərmiş Aqil Sucayev Hirkan Milli Parkına müdir vəzifəsinə təyin olunandan işçi kollektivində nizam-intizam zəifləyib, idarəetmə işi bərbad səviyyəyə enib. Parkın direktorunun qeyri-mütəxəssis olması neqativ halların əsas səbəblərindən biri kimi göstərilib.

Redaksiyamıza daxil olan məlumata görə, bir neçə gün əvvəl parkın ərazisində reyd keçirən polis işçiləri DİN-nin Mütəşəkkil Cinayətkarlkıqla Mübarizə baş İdarəsinin əməkdaşları olublar. Reyd zamanı saxlanılan park nəzarətçiləri Bakı şəhərinə aparılıb dindiriləndən sonra sərbəst buraxılsalar da, ərazidə baş verən qanunsuz ağac qırıntıları obnların çox keçmədən cinayət məsuliyyətinə cəlb olunacaqlarını təxmin etməyə əsas verir.

Etibarlı mənbə bildiri ki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Lənkəran Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Şakir Quliyev və Hirkan Milli Parkının direktoru Aqil Sucayev yaxın dostdurlar və əldə etdikləri haram gəlirləri bölüşürlər. Eyni zamanda Lənkəran Regional Meşə Təsərrüfatı və Bərpası Mərkəzinin (RMTBM) rəhbəri ilə Şakir Quliyev arasında konflikt olduğuna görə İdarə rəisi çalişir ki, həmin qırıntıların bir hissəsini Meşə Təsərrüfatı Mərkəzinin passivinə yazdırsın. Bununla da Hirkan Milli Parkındakı qırıntıların miqyasınnı azaltmaqla öz dostu Aqil Quliyevi sudan quru çıxarmağa çalışır. Şakir Quliyev ayrı-ayrı şahidləri “başa salır” ki, guya ağac qırıntılarının bir hissəsi doğrudan da RMTBM-nin ərazisinə aiddir. Bundan başqa, Parkda aşkarlanan qırıntıları Şakir Quliyevin “yoxlama” aparan işçiləri material üçün nəzərdə tutulduğu halda oduncaq kimi aktlaşdırıllar ki, təqsirkarlar üçün cinayət deyil, inzibati məsuliyyət növü seçilsin.

Ümumiyyətlə, Hirkan Milli Parkında son vaxtlar nadir, qiymətli ağac növlərinin məhv edilməsi, ayrı-ayrı rayonlara mebel sexlərinə daşınması barədə çoxlu informasiyalar rast gəlir. İnternet televiziyalarında, “Yutub” kanallarında ekoloji vandallığı əks etdirən kifayət qədər video-görüntülər yayılıb. Məlumatlarda bildirilir ki, ağacları “Qaz-66” yük maşınının vasitəsilə qoparır, sonra da külək aşırıbmış kimi aktlaşdırırlar. Ən çox cinayətlərin yeger Vasif Cəfərovun nəzarət etdiyi Diryan meşəbəyliyinin 3b saylı dolayında (dəmirağaclardan kəsilmiş payalar), mühafizə yegeri Xanlar Məmmədzadənin nəzarətində olan 3 saylı və Pərviz Hacıyevin nəzarətində olan 2 saylı, Asəf Şıxıcanovun nəzarətində olan 1 saylı, habelə Afiyəddin Kazımovun, Osaküçə meşəbəyliyində Vüqar, İlqar, Elşad, Əğəverdi, Fərahim adlı mühafizə yegerlərinin nəzarətində olan dolaylarda (ağacların yaş kök üstdən kəsilməsi, material kimi tədarük edilməsi) baş verdiyi deyilir.

Bənzər yazılar

Back to top button