Dünya

“Saakaşvilinin ətrafı Gürcüstanda dövlət çevrilişi hazırlayır” – DTX

Saakaşvilinin ətrafının Gürcüstanda dövlət çevrilişi hazırladığı deyilir.

Yeniavaz.com “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Gürcüstanda vətəndaş iğtişaşlarının hakimiyyəti zorla dəyişdirmək üçün həm ölkədə, həm də xaricdə fəaliyyət göstərən bir qrup şəxs tərəfindən təşkil edilməsi planlaşdırılır. Planın müəlliflərindən biri Mixail Saakaşvilinin prezidentliyi dövründə daxili işlər nazirinin müavini olan, hazırda Ukrayna hərbi kəşfiyyatının rəis müavini vəzifəsini icra edn Georgi Lortkipanidzedir”, – Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
“Planı həyata keçirmək üçün Lortkipanidzenin sərəncamında gürcü mənşəli gənclər, o cümlədən Gürcüstanın üçüncü prezidenti Mixail Baturinin mühafizəsinin keçmiş üzvləri, həmçinin Saakaşvilinin yaxın ətrafı, həmçinin, Ukraynada fəaliyyət göstərən gürcü legionunun komandiri Mamuka Mamulaşvili var”, – bəyanatda bildirilir.

Qeyd olunub ki, Gürcüstanda vətəndaş iğtişaşları xarici dövlətlərin koordinasiyası və maliyyə dəstəyi ilə planlaşdırılıb. İğtişaşların başlanması üçün isə Avropa Komissiyasının hesabatının dərc ediləcəyi oktyabr-dekabr ayları seçilib.

Xatırladaq ki, 2022-ci ilin iyununda Avropa Şurası Gürcüstanın Avropa perspektivini tanıyıb və ona Aİ-yə üzvlük üçün namizəd ölkə statusu verməyə hazır olduğunu bildirib. Eyni gündə Ukrayna və Moldova da namizəd statusu alıblar.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button