GündəmSiyasət

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Ermənistan KİV-ləri Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyana istinadla məlumat yayıb.

“Azərbaycan XİN-in Ermənistanın danışıqları pozmağa çalışdığı haqqında bəyanatları əsassızdır. Ermənistan əvvəllər olduğu kimi, indi də konstruktiv əhval-ruhiyyədədir, Cənubi Qafqazda möhkəm sülhə nail olmağı hədəfləyir və Azərbaycandan da bunu gözləyir”, deyə Vaan Unanyan bildirib.

Rəsmi Bakıda Cenevrədə keçiriləcək görüşü məlumata sentyabırın 30 da təsdiqləyib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, iki dövlətin liderlərinin 31 avqust Brüssel görüşü razılaşmasına görə, xarici işlər nazirləri sülh müqaviləsi üzrə danışıqların aparılması üçün görüşəcək. (Turan)

Bənzər yazılar

Back to top button