İdman

Messinin “Barselona” ilə müqaviləsinin maliyyə şərtləri açıqlandı

“Barselona”nın komandanın kapitanı Lionel Messi ilə yeni müqavilə barədə apardığı danışıqların təfərrüatları məlum olub.

Qol.az sport.es-ə istinadən xəbər verir ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə imzalanması planlaşdırılan yeni 2 illik müqaviləsində vergi tutulana qədər hər mövsümə 60 milyon avro (vergilərdən sonra təqribən 35 milyon avro) maaş nəzərdə tutulur. Əvvəlki müqaviləyə görə bu maaş 53 milyon avro azdır.

Eyni zamanda, müqavilədə 2022/23 mövsümünün sonunda argentinalı hücumçuya Devid Bekhemin sahibi olduğu MLS klubu “İnter Mayami”yə keçəcəyi təmin edilir. Futbolçu orada daha iki mövsüm keçirməli olacaq və maaşı olduğu kimi qalacaq.

Bundan sonra Messinin karyerasını başa vuracağı, “Barselona”nın səfiri olacağı və ən azı 6 il bu vəzifəni yerinə yetirməsi planlaşdırılır. Bu vəzifədəki işinə görə maaş barədə danışıqlar davam edir . Oyunçunun nümayəndələri gəlirlərin sabit hissəsini artırmaq istəyir. Beləliklə, tərəflər razılığa gələrsə, ümumi müqavilə müddəti 10 il olacaq.

Qeyd edək ki, Messi ötən mövsüm “Barselona” ilə bütün turnirlərdə 47 oyuna çıxıb, 38 qol vurub və 14 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button