Mədəniyyət

Eldəniz Quliyevin qəhrəmanları və oxucuları üçün “İşartı”

Yazıçı və kinodramaturq, Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev “İşartı” kitabını dərc etdirib. O, Turan-müsahibəsində bildirib ki, kitabda ona aid povestlər və hekayələr, həmçinin publisistik yazılar-məqalələr , müsahibə, esse toplanıb.

Kitab “Qanun” nəşriyyatında hazırlanıb, 1000 nüsxədə buraxılıb.

Müəllif kitabı onun qəhrəmanlarını düşüncə yolu ilə aparan “işığın fəallığı”nın təzahürü, öz missiyasının dərk edilməsi və yeni həyat təcrübəsi ilə zənginləşdirilməsi hesab edir.

“İnsan dünyanı özünün ondakı mövcudluğu ilə dərk edə bilər, o, kainatın kodunun, proqramının cəmləşdiyi mərkəzdir. Özünüdərk kainatın dərk edilməsidir”. Bu, kitabda əsas fikir olaraq keçir. Müəllif oxucuları qəhrəmanları ilə fəlsəfi-mənəvi polemikaya çağırır. Kitab xeyirxahlığa, mənəvi təmizliyə və həssaslığa səsləyir.

Gələcək planları ilə bağlı sualın cavabında E.Quliyev deyib ki, “İşartı” onun sonuncu kitabıdır, belə ki, yenilərinə artıq güc qalmayıb. “Gələcəyi gələcək göstərəcək. Yəqin ki, sonuncudur, baxmayaarq ki, deyiləcək çox sey var. Sadəcə, artıq əvəlki güc yoxdur…”

Bənzər yazılar

Back to top button