Hadisə

Daha bir qazinin intihar etdiyi deyilir…

Göyçayın İnçə kəndində Vətən müharibəsi iştirakçısının intihar etdiyi deyilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.

İddiaya görə, 1995-ci il təvəllüdlü Cavid Sərvər oğlu Məcidov sözügedən kənddəki evinin həyətində üzərinə benzin tökərək yandırıb və nəticədə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd olunub ki, qazinin bunu hansı səbəblə etdiyi bilinmir.

Mətbuatda isə onun otbiçən maşının mühərrikinin partlaması nəticəsində öldüyü barədə məlumat yayılıb.

Bənzər yazılar

Back to top button