Cəmiyyət

Tətil başa çatdı…

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Azərbaycanda elan olunmuş 7 günlük tətil başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu gündən artıq ölkədə iş günüdür. Bütün dövlət və özəl müəssisələrində bu gündən həm yeni ilin, həm də yeni həftənin ilk iş günü hesab olunur.

Xatırladaq ki, tətil 2019-cu il dekabrın 31-dən başlamışdı.

Azərbaycanda növbəti belə uzunmüddətli tətil 2020-ci il Novruz Bayramında olacaq. Nazirlər Kabinetinin qərarına görə, Novruz Bayramı ilə bağlı martın 20-dən 24-dək ölkədə tətildir.

Bənzər yazılar

Back to top button