Dünya

ABŞ Rusiyanın Ukrayna ərazisinə olan iddialarını heç vaxt qəbul etməyəcək – Bayden

Putinin Ukrayna ərazilərinin ilhaqına yönəlmiş addımları ilə əlaqədar ABŞ prezidenti Co Bayden Moskvanın Ukraynanın suveren ərazisinə olan iddialarını heç vaxt qəbul etməməyə söz verib.

“Bu məsələdə çox açıq danışmaq istəyirəm. ABŞ heç vaxt Rusiyanın Ukraynanın suveren ərazisinə olan iddiasını qəbul etməyəcək. Qondarma referendumlar tamamilə saxta idi”, deyə Bayden bildirib.

“Ukrayna xalqının həqiqi iradəsi hər gün, Ukraynalılar ölkələrinin müstəqilliyini və azadlıqlarını qoruyub saxlamaq üçün canlarını qurban verərkən nümayiş olunur”, deyə Bayden əlavə edib.

Dövlət Departamenti, öz növbəsində, ABŞ-ın və onun müttəfiqlərinin və tərəfdaşlarının Ukraynanın ərazilərinin Rusiya təcavüzündən qorunması üzrə mübarizəsində ona köməyi davam etdirəcəyini” bildirib.

“Biz hamılıqla Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birliyini, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik”, deyə dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilir.

Bu addım Rusiya prezidenti Putinin Qərbi postsovet məkanında “yeni münaqişələri qızışdırmaq ssenariləri üzərində işləməkdə” ittiham etməsindən cəmi bir neçə saat sonra atılıb.

Bənzər yazılar

Back to top button