İdman

Messi Aquero ilə birlikdə bu komandanın sahibi oldu

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi kiperidman komandasının ortaq sahibi olub.

Fanat.az xəbər verir ki, o, “KRÜ Esports” komandasına rəhbərlik edəcək.

O, keçmiş komanda yoldaşı və həmyerlisi, Argentina millisinin sabiq üzvü Serxio Aquero ilə birlikdə ona sahib olacaq. Bu barədə “Kun” sosial şəbəkədəki səhifəsində məlumat verib.

Aqueronun çıxışının fonunda hazırkı dünya çempionu kadrda görünüb. Yayımlanan videoda Aquero belə deyib: “Mən artıq KRÜ Esports”un tək sahibi deyiləm, indi biz ikimizik”.

“KRÜ Esports” 2020-ci ildə yaradılıb.

Bənzər yazılar

Back to top button